
BALACA QARA BALIQ

Səməd Behrəngi
Çillə gecəsi idi.
Qoca Balıq dəryanın
dibində on iki min nəvə - nəticələrini ətrafına yığıb onlara nağıl deyirdi:

Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi.
O anası ilə birlikdə kiçik bir arxda yaşayırdı.
Arxın suyu sal qayalardan çıxıb
dərənin dərinliyinə axırdı.
Balaca Qara Balıqla anasının bir qara daşın dalında va
xəzələrin altında evləri var idi.
Gecələr ana - bala bir yerdə xəzələrin altında yatırdılar.
Balaca
Qara Balıq ayı evlərinin içində görmə həsrəti ilə yanıb yaxılırdı.
Ana və bala səhərdən axşama qədər bir - birinin dalına düşüb üzür,
hərdən başqa balıqlara qoşulub sür’ətlə balaca bir yerdə gəzişir və geri
qayıdırdılar.
Qara Baliq anasının
bircəsi idi.
Balaca Qara Balıq anasının biricik evladı idi.
Çünkü
on min toxumdan yalnız Balaca Qara Balıq sağ dünyaya gəlmişdi.

Bir
neçə gün idi Balaca Qara Balıq dalğın, fikirli görünür, çox az danışırdı.
Meylsizcə
o yan bu yana gedir, çox vaxtlar da anasından geri qalırdı.
Anası əvvəlcə elə
bilirdi ki, sadəcə olaraq balasının kefi yoxdur, bu kefsizlik tezliklə keçib
gedəcəkdir.
Lakin ... . Demə,
Balaca Balığın dərdi varımış ... .
Bir gün səhər tezdən,
günəş doğmamış, Balaca Balıq anasını yuxudan oyadıb “Anacan” dedi, “sənə bir
neçə kələmə sözüm var.”

“Eh, sən də vaxt
tapdın! Danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çixaq” deyə AnaBaliq
gözlərini ovuşdurdu və əsnədi.
“Yox, anacan, mən
daha belə gəzməyi istəmirəm. Gərək burdan gedəm”deyə Balaca Balıq e’tiraz etdi.
Anası heyrətlə ona
baxıb soruşdu:
Doğurdan getmək
istəyirsən?
Bəli, anacan, hökmən
getməliyəm!
Axı, alaqaranlıqda
hara getmək istəyirsən?
Istəyirəm, gedim
görüm, arx harada qurtarır. Bilirsənmi, anacan,uzun müddətdir ki, fikirləşirəm,
görəsən arx harada qurtarır? Amma indiyə qədər bir nəticəyə gələ bilməmişəm. Dünən
gecədən gözümü yummayıb hər şeyi götür - qoy etmişəm belə qərarə gəlmişəm ki,
özüm gedib arxın qurtaracağını tapım. Bilmək istəyirəm başqa yerlərdə nə var,
nə yox.
Mən də uşaq olanda
belə fikirlərə düşmüşəm, balacan! Arxın nə əvvəli var , nə axırı. Elə gördüyün
nə varsa odur. Arx həmişə axır və qurtarmır.
Yox anacan, belə
deyil. Hər şeyin axırı var. Məsələn, gecə sona çatır, həftə, ay, il ... . Məgər
bunların sonu olmur?
Balaca Qara Balığın
qızışdığını və dil ağıza qoymayıb danışdıqını görən AnaBalıq dedi:
Boş - boş sözləri bir
kənara qoy, dur gəzməyə çıxaq. Indi danışmaq yox, gəzib dolanmaq vaxtıdır.
Yox, ana, mən belə
gəzintilərdən yorulmuşam. Burdan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək
istəyirəm. Birdən elə bilərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan
bu fikrə düşmüşəm. Əlbəttə, ondan - bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu
başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boş - boşuna keçirdiklərindən
gileylənirlər. Daim ah - nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək
istəyirəm görüm həyat elə bir qarış yerdə o yan - bu yana gedib qayıtmaqdanmı,
qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur?
Balaca, dəli olubsan?
Dünya! Dünya! O başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadir ki, biz
yaşyırıq, həyat da ki, elə gördüyün yaşayışdan ibarətdir!
Bu zaman iri bir
balıq onların evinə yaxınlaşdı “Qonşu”dedi, “uşaqla nəyin üstündə belə
höcətləşirsən? Deyəsən, bu gün gəzmək fikriniz yoxdur?
Ana Balıq qonşunun
səsini eşidib cavab verdi:
Gör, zəmanə necə
dəyişib?! Uşaqlar öz analarına cib - cib öyrətməyə başlayıblar.
“Necə məgər?” deyə
qonşu iri Balıq soruşdu.
Gör bu cırtdan
haralara getmək istəyir?! Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr
olur? nə bilim, axmaq - axmaq sözlər!
Qonşu iri Balıq: “Balaca”,
dedi, “de görüm sən nə vaxtan belə filosof və alim olubsan ki, bizim xəbərimiz
yoxdur?”
Balaca Balıq dedi:
Xanım mən bilmirəm
siz alim, filosof nəyə deyirsiniz? Hərgün təkrar olunan cansıxıcı gəzintilərdən
cana doymüşam. Belə yorucu həyatı daha davam etdirmək istəmirəm. Istəmirəm ki,
bir də gözümü açanda görüm sizin kimi qocalmışam, özü də göz qulaqları bağlı
balıqlar kimi qalmışam.
Qonşu Balıq “Vay”,
dedi, “gör bu nələr danışır?!”
Ana Balıq dilləndi :
Heç düşünməzdim ki,
bir dənə uşağım ola, o da belə çıxa! Bilmirəm, balamın qulağını kim doldurub.
Balca Balıq dedi:
Heç kəs mənim
qulağımı doldurmayıb. Anlamaq üçün mənim özümün ağlım, görmək üçün də gözüm
var!
Qonşu Balıq Balaca
Balığın anasına dedi:
Bacı o pıç - pıç
danışan Ilbız yadındadırmı?
Yaxşı yadıma saldın,
yadımdadır! Tez-tez uşağımın yanına gələrdi. Görüm onu gorbagor olsun!
Balca Balıq dedi:
Bəsdir, ana! O, mənim
dostom idi!
Balıqla Ilbizin
dostluğunu eşidməmişdik, bunu da eşitdik!
Balca Balıq “Mən də
balıqlarla Ilbizin düşmənçiliyini eşidməmişdim! Amma siz o biçarənin başını
yediniz!”dedi.
Qonşu dilləndi:
Bu, keçmişin
söhbətidir.
Keçmişi siz özünüz
yada saldınız!
Anası dedi:
Elə ölməli idi! Məger
oturub - durub nələr danışdıqları yadından çıxıb?!
“Onda məni də
öldürün! Çunki mən də onun dediklərini deyirəm”, deyə Balca Balıq gileyləndi.
Axır ki, nə başinizi
ağrıdım, səs - küyün sədası başqa balıqları da oraya çəkib gətirdi.

Balca Balığın sözləri
hamını əsəbiləşdirmişdi.
Qoca balıqlar bir - bir
söhbətə qarışıb Balca Balığa acıqlandılar:
- Elə düşünürsən ki,
sənə rəhm edərik?!
- Bir qulaqburması
bəsdir!
Balca Qara Balığın
anası onlara müqavimət göstərdi:
Kənara çəkilin!
Uşağıma toxunmayın!

Bu zaman balıqlardan
bir başqası Balca Balığın anasına dedi:
Xanım, uşağını
lazımınca tərbiyələndirmədiyin üçün əzab çəkməlisən!
Qonşu Balıq sözə
başladı:
Sizinlə qonşu
olduğuma xəcalət çəkirəm!
Başqa bir balıq
dilləndi:
Nə qədər ki, bu
məl’unun işi ... Göndərək qoca Ilbizin yanına.
Balıqlar Balca Balığı
tutmaq istədilər.
Dostları onu
təhlükədən uzaqlaşdırdılar.

Anası baş gözünə
döyür, ağlayır və deyirdi:
Vay uşağım əlimdən
gedir. nə edim? Başıma haranın daşını salım?
Balca Balıq dedi:
Anacan, mənim üçün
ağlama, geridə galmış bu qoca balıqların halına ağla.
Balıqlar yerbəyerdən
çığırdılar:
- Təhqir eləmə!
- Get! sonra peşman
olsan, daha bizdən incimə!
- Bunlar cavanlıq
əlamətidir. Getmə!
- Buraların nəyi
pisdir?!
- Başqa dünya yoxdur!
Dünya elə gördüyün bu dünyadan ibarətdir. Qayıt!
- Ağlını başına yığıb
getməkdən imtina etsən, onda bilərik ki, doğurdan da başa düşən bir balıqsan!
- Biz sənə
öyrəşmişik, getmə!
Ana Balıq
doluxsunaraq dilləndi:
Mənə rəhmin gəlsin,
bala! getmə!
Balca Balıq onların
dediklərinə e’tina etmədən uzaqlaşdı.
Həmyaşıdlarından bir
neçəsi onu arxın gölməçəyə tökülən yerinə qədər ötürüb geri döndülər.

Balaca Balıq
dostlarından ayrılarkən dedi:
Görüşənə qədər,
dostlar! məni unutmayın!
Dostlar:
“Heç unudarıqmı? sən
bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, heç yuxumuza da
girməzdi. Görüşünə qədər, ağılı və cəsur dost!” dedilər.
Balca Balıq şırrımnan
aşağı sürüşüb arxa nisbətən suyu çox olan gölməçəyə düşdü.

Əvvəlcə özünü itirdi.
Sonra üzməyə və
gölməçədə dolanmağa başladı.
Balca Balıq bu
vaxtadək bu qədər suyun bir yerə yığışdıqını görməmişdi.
Suda minlərlə
çömçəquyruq gəzirşirdi.

Balca Balığı görən
kimi onu məsxərəyə goydular:
Bir bunun təhər - tövrünə
bax! Sən nə məxluqsan?!
Balca Balıq ani
olaraq fikirləşib:
“Xahiş edirəm təhqir
etməyin”, dedi, mənim adım Balca Balıqdır. Siz də adınızı deyin, tanış olaq!
Çömçəbalıqlardan biri
dedi:
Biz bir - birrimizi
“Çömçəquyruq” çağırırııq.
O biriləri yerdən
dedilər:
- Əslimiz,
nəcabətimiz var.
- Dünyada bizdən
gözəli tapılmaz!
- Sənin kimi
yöndəmsiz deyilik!
Balaca Balıq onlara
belə cavab verdi:
Sizin bu qədər
xudpəsənd olduğunuzu bilmirdim. Amma nadanlıq üzündən belə danışdığınız üçün
sizi bağışlayıram.
Çömçəquyruqlar
səsləndilər:
Deməli biz nadanıq?
Nadan olmasaydınız başa
düşərdiniz ki, hər kəs üçün öz təhər - tövrü xoşdur, sizin heç adınız da
özünüzünkü deyil.
Çömçəquyruqlar əvvəl
əsəbiləşdilər.
Sonra Balaca Balığın
haqlı olduğunu görüb sözlərini dəyişdilər: “Sən özünü nahaq yerə yorusan”, dedilər, "biz səhərdən axşama
qədər dünyanı gəzirik, amma özümüzdən, ata və anamızdan, saysız - hesabsız
balaca qurdlardan, böcəklərdən başqa heç kəsi görmürük".
Balaca Balıq soruşdu:
Siz ki, gölməçədən
qıraqa çıxa bilmirsiniz, dünyanı gəzib dolanmakdan necə dəm vura bilərsiniz?
Çömçəquyruqlar
təəccübləndilər:
Məgər gölməçədən
başqa da özgə dünya var?
Bəs necə? özünüz
fikirləşin, görün yaşadıqınız su hardan axıb və sudan kənarda nələr var?
Balaca Qara Balığı da
gülmək tutdu.
Fikirləşdi ki,
çömçəquyruqları başa salmadan çıxıb getsin.
Sonra belə qərarə
gəldi ki, onların anaları ilə də bir - iki kələmə danışsın:
Ananız haradadır?
Bu zaman Qurbağanın
gur səsi onu diksindirdi.
Qurbağa gölməçənin
qırağındakı, iri daşın üstündə ötürmüşdü.

Suya baş vurdu, gəlib
Balığın qarşısında dayandı:
“Mən buradayam”,
dedi, “qulluq?!”
Möhtərəm xanım salam!
Ey əsl – nəcabətsiz
vücud! Nə əllaməlik edirsən? Bunları uşaq görüb axmaq - axmaq danışırsan? Bir
belə ömr eləmişəm, görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir. Yaxşı olar
ki, işinin dalısınca gedəsən, mənim uşaqlarımı yoldan çıxarmayasan.
Yuz ildə ömr eləsən,
yenə geri qalmış, nadan qurbağa kimi qalacaqsan!
Qurbağa hirsləndi və
Balaca Qara Balığın üstünə cumdu.
Balaca Qara Balıq cəld hərəkət edib, ildırım sürəti ilə oranı tərk
edərkən, zığ - zımırığı laxladıb bataqlıqdaki yuxuya dalmış kiçicik sürüngən qurtların
da yuxusunu qaçırdı.
Dərə
əyri - üyrü idi və arxın suyu çoxalmışdı.
Dağın başından
baxanda dərənin suyunu enli, ağ ipə oxşatmaq olardı.
Dərənin bir yerində
dağdan qopub arxa düşmüş iri bir daş suyu iki yerə bölürdü.
Iri bir kərtənkələ də
qarnını daşa söykəmişdi.
Günəşin hərarətindən
ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən iri, yumuru Xərçəngə tamaşa
edirdi.

Elə bu an oradan üzüb
keçmək istəyən Balaca Balığın gözləri xərçəngə sataşdı.
O, bərk qorxdu və
uzaqdan xərçəngə salam verdi.
Xərçəng Balaca Balığı
görüncə:
“Nə ədəbli Balıqsan”,
dedi, “gəl qabağa. Balaca, gabağa gəl!”
Balaca Balıq:
“Mən dünyanı gəzməyə
gedirəm”, deyə xərçəngə cavab verdi, “canabınızın yeminə çevirilmək istəmirəm!”
Niyə belə bədbinsən,
qorxaqsan, Balaca Balıq?
Nə bədbinəm, nə də
qorxaq. Gördüklərimi deyirəm.
Çox yaxşı, indi de
görüm gözlərin nə gördü və əqlin nə kəsdi ki, səni ovlayacağımı xəyalına
gətirdin?
Özünü bilməməzliyə
vurma!
Bilirəm, Qurbağanın
hərəkətlərinə işarə edirsən. Lap uşaqsanmış ki, baba! Qurbağalarla aram
olmadığı üçün onları ovlayıram. Onlar elə xəyal edirlər ki, dünyanın yeganə
məxluqlarıdılar və hamıdan xoşbəxtdilər. Istəyirəm onları başa salam ki, dünya
kimin əlindədir. Sən isə qorxma, qadası! Gəl qabağa. Qorxma, gəl!
Xərçəng bu sözləri
deyib yanlarını basa - basa Balaca Balığa tərəf yeridi.

Xərçəng elə gülməli
yeriyirdi ki, Balığı ixtiyarsiz olaraq gülmək tutdu:
“Ay yazıq”, dedi, “sən
heç yeriməyi də bacarmırsan. Hardan bilirsən dünya kimin əlindədir?!”
Balaca Balıq
xərçəngdən aralandı.
Bu zaman suyun
üzərinə kölgə düşdü.
Gözlənilməz zərbədən
xərçəng səndələyə - səndələyə suyun dibinə batdı.
Xərçəngi bu halını
görən Kərtənkələni gülmək elə tutdu ki, az qaldı sürüşüb suya düşsün.
Xərçəng isə artıq
suyun üzünə çıxa bilmədi.
Balaca Balıq gördü
ki, suyun kənarında balaca bir çoban dayanıb ona və Xərçəngə tamaşa edir.
Qoyun - keçi sürüsü
də suya yaxınlaşdı.
"Mə - mə!
Bə-bə!" səsləri dərəni başlarına götürdü.
Balaca Balıq sürünü su
içib qurtarana qədər gözlədi.
Sürü gedəndən sonra
kərtənkələni səsləyin “Kərtənkələcan”, dedi, “mən arxın qurtaracağını
axtarmağa gedən Balaca Qara Balığam. Sən bilikli, zəkalı heyvasan. Buna görə də
səndən bə’zi şeyləri soruşmaq istəyirim.”
Xətrin hər nə
istəyir, soruş.
Yolda məni nərə
balıqla, saqqa quşu ilə, Balıqudan quşla çox qorxudublar. Bunlar haqqında bir
şey bilirsənsə mənə de!
Kərtənkələ dedi:
Nərə balıqlar və
Balıqudanlar bu tərəflərdə tapılmazlar. Xüsüsilə Nərə balıqlar. Çünki onlar
dənnizdə yaşayırlar. Amma saqqa quşuna elə bu həndəvərdə rast gəlmək olar.
Məbada aldanıb kisəsinin içərisinə girərsən.

“Kisə nədir?” Balaca
Balıq onun sözünü kəsib soruşdu.
Saqqa quşunun
boğazının altında xeyli sututan kisə var. Bə’zən təcrübəsiz, xam balıqlar suda
üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Saqqa quşu tox olanda
balıqları kisəsində ehtiyat saxlayır.
Deməli, onun qarnına
gedəndən sonra xilas olmaq üçün çarə yolu yoxdur?
Yoxdur. kisəni
parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncər verərəm. Saqqa quşunun
çənginə düşən dediyim kimi edərsən.
Kərtənkələ qayadakı yarığa
sürünüb xəncərlə qayıdı.

Balaca Balıq xəncəri alıb dedi:
Kərtənkələ, sən çox mehribansan, bilmirəm sənə necə təşəkkür edim?
Canım təşəkkür nəyə lazımdır, mənim belə xəncərim çoxdur, sənin kimi
ağıllı balıqlara bağışlayıram.
Məgər məndən qabaq da
buradan keçən olub?
Çoxları keçib. Indi
onlar özləri üçün böyük dəstə düzəldiblər və balıqçıları bezdirmişlər.
Balaca Qara Balıq dedi:
Bağışlayın, söz sözü
gətirir. Onların balıqçıları necə bezdirmələri haqda mümkünsə bir az geniş bilgi verin.
Kərtənkələ dedi:
Onlar o qədər
çoxalmışlar ki, balıqçılar balıq tutmaq üçün dəryaya tor atanda toru dartıb balıqçıların əllərindən
çıxarıb və dəryanın dibinə aparırlar.
Kərtənkələ bunları
deyib qulağını daşdakı yarığa dayadı:
“Di, sağ ol”, dedi, “balalarım
yuxudan ayıldığı üçün getməliyəm.”
Kərtənkələ yarığa
girdi.
Balaca Balaca Balıq
isə çarəsiz qalıb yola düşdü.
Hey öz - özünə sual verirdi:
Doğurdanmı arx dənizə
tökülür?
Saqqa quşun gücü elə
mənə çatsın?!
Balıqudan quşun
bizimlə nə düşmənçiliki var?
Balaca Balıq üzə -
üzə gedir və fikirləşirdi.
Yolboyu taza şeylər
görür, öyrənirdi.
Şəlalənin başı üstə
axmasından həzz alır, yenidən üzürdü.
Kürəyində
günəşin hərarətini hiss edir və möhkəmlənirdi.
Bir
ceyrana rastlandı.
Ceyran
tələsə - tələsə su içirdi.

Balaca Qara Balıq sevinərək dedi:
Gözəl ceyran, niyə belə
tələsirsən?
Ceyran
dedi:
Ovçu arxamdadır. Baldırıma
bir bax. Güllə dəymiş.
Balaca Qara Balıq güllə yarasını görə bilmədi, ancaq ceyranın axsayaraq
qaçmasından anladı ki, doğru
söyləyir.
Bir
yerdə bağaların qızmar
günəşin altında mürgüləmələrini gördü.
Başqa
bir yerdə isə kəkliklərin
həvəslə, sevgi ilə mahnı söyləmələrinə tanıq oldu.

Dağları
bürümüş çiçəklərin
qoxusu havada dalğalanaraq suya qarışırdı.
Günortadan
sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından
axıb gedirdi.
Balaca Balıq suyun
çoxlamasından ləzzət alırdı.
Xeyli gedəndən sonra
o, çoxlu balığa rast gəldi.

Anasından ayrılandan
bəri balıq görməmişdi.
Bir neçə Rizə balıq
onu dövrəyə aldı və soruşdu:
Elə bil qəribsiniz?
Bəli, qəribəm. Uzaq
yerdən gəlirəm.
Rizə balıqlar
dedilər:
Hara getmək
fikrindəsən?
Arxın qurtardığı yeri
tapmağa gedirəm.
Hansı arxın? Biz buna
arx yox, çay deyirik.
Balaca Balıq heç nə demədi.
Rizə balıqlardan biri dilləndi:
Xəbərin var ki, Saqqa quşu yolu kəsib?
Xəbərim var bilirəm.
Başqa bir Rizə balıq
soruşdu:
Onu da bilirsən ki,
Saqqa quşunun nə geniş kissəsi var?
Onu da bilirəm.
Bunları bilə - bilə
yenə getmək fikrindəsən?
Bəli, bütün bunları
bilirəm və getməliyəm.
Balıqlar arasında səs
yayıldı ki, uzaq yollardan gəlmiş Balaca Qara Baliq çayın qurtaracağını tapmaq
istəyir və Saqqa quşundan da qorxmur.
Rizə balıqlardan bir
neçəsi Balaca Qara Balıqla getmək istədi, lakin böyüklərin qorxusundan
səslərini çıxartmadılar.
Hətta onların bir
neçəsi Balaca Qara balığa yanaşıb qımıldandı:
Saqqa quşu olmasaydı
biz də səninlə gedərdik.
Çayın qırağında bir
kənd var idi.
Kəndin qadınları və
qızları çayın içində qab - qacaq və paltar yuyurdular.
Balaca Balıq onların
səs - küyünə bir xeyli qulaq asdi və uşaqların islanmışbədənlərinə tamaşa etdi,
sonra yola düzəldi.
O qədər getdi ki,
axşam oldu.
Balaca bir daşın altına girib yatdi.
Gecəyarı ayıldı və gördü ki, Ay suya düşüb, hər yeri işıqlandırır.

Balaca Balıq ayı çox istəyirdi.
Gecələr Ay suya düşəndə yuvadan çıxıb onunla bir neçə kələmə danışmaq
həsrətindəydi.
Amma hər dəfə anası ayılıb onu yuvasına dartar və yenidən yatırdardı.
Bu dəfə Balaca Balıq Ayın qarşısına çıxdı:
Salam, ey mənim göyçək ayım!

Ay da Balaca Qara
Balığı mehribanlıqla qarşıladı:
Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara?
Dünyanı səyahətə
çıxmışam.
Dünya çox böyükdür,
sən hər yeri gəzə bilməsən.
Eybi yoxdur,
bacardığım yerə qədər gedəcəyəm.
ürəyim çox istəyirdi
ki, səhərə qədər yanında qalam, amma böyük bir qara bulud mənə tərəf gəlir.
Qorxuram işığımın qabağını kəssin.
Ey qəşəng Ay, sənin
işığını çox sevirəm. ürəyim istəyir ki, nurun həmişə yoluma işıq saçsın.
Mənim Balığım, düzünü
axtarsan mənim işığım yoxdur, işığı mənə Günəş verir, Mən də onu yerə Saçıram. Bilirsənmi
ki, adamlar yaxın gələcəkdə uçmaq, gəlib mənim üzərimə düşmək arzusundadırlar?
Bu mümkün deyil!
Düzdür, bu çox çətin
işdir, ancaq insan öz istədiyinə ... .
Ay sözünü qurtara
bilmədi.
Qara bulud gəlib onun
üzünü örtdü, yerə qaranlıq çökdü.
Qara balıq yenə də
tək - tənha qaldı.
Bir neçə dəqiqə
heyrət içərisinə qaranlığa baxdı.
Sonra daşın altına
çəkilib yatdı.
Sub tezdən ayılanda
başının üstündə piç - piçla danışan bir neçə Rizə balıq gördü.
Onlar Qara Balığın
yuxudan ayıldığını görüb dedilər:
Sabahın xeyir!

Qara Balıq onları
tanıdı:
“Sabahınız xeyir
olsun!” dedi”. “Nəhayət, ardımca gəlib, mən diyən yola düşdünüz?
Rizə balıqlardan
biri:
“Bəli”, dedi, “ancaq
hələ də qorxu canımızdan çıxmayıb.”
Bir başqa balıq :
“Saqqa quşunun fikri
bizi rahat buraxmır”, deyə diləndi.
Balaca Qara Balıq:
“Siz çox
fikirləşirsiniz. Hər şeyə fikirləşmək, özü də bir dəfəyə fikirləşmək düz deyil.
Yola düşən kimi qorxu bizi tərk edəcəkdir”, deyə cavab verdi.
Birlikdə yola düşmək
istədilər.
Gördülər ki,
dövrələrindəki su yuxarı qaxdı, başları üzərinə örtük çəkildi. Hər yer
qaranlıqlaşdı, qaçmaqa imkan qalmadı.

Balaca Qara Balıq o
saat başa düşdü ki, Saqqa quşunun kissəsinə düşübdür.
Balaca Qara Balıq
dedi:
Dostlar, biz Saqqa
quşunun kissəsinə düşmüşük, lakın xilas olmaq üçün yol var.
Rizə balıqlar ağlayıb
ah - zar etməkə başladılar:
Artıq bizm qaçmaqa
yolumuz yoxdur! Təqsir səndədir. Bizi yoldan çıxardın! Indi bizim hamımızı
udacaq.
Qorxunc bir qəhqəhə
səsi eşidildi.
Bu Saqqa quşu idi,
gülürdü və gülə - gülə deyirdi:
Rizə balıqlar necə də
girimə geçib! Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç ürəyim gəlmir, sizi
udum. Ha! Ha! Ha! Ha!
Rizə balıqlar
yalvarmaqa başladılar:
Həzrəti ağayi Saqqa
quşu, sənin tə’rifini çoxdan eşidmişik, lütf edib mübark dimdiyinizi bir qədər
aralasaydınız buradan xilas olub mübark vucudunuza duaçı olardıq.
Saqqa quşu dedi:
Mən hələ bu satt sizi
udmaq fikrində dəyiləm. Kisəmdə ehtiyat balıqlar var, bir qarnımın altına
baxın.
Kisənin aşaqı
hissəsində iylənmiş bir neçə Rizə balıq var idi.
Rizə balıqlar bir
səslə dedylər:
Həzrət ağayi Saqqa
quşu, bizim günahimiz yoxdur, bu Balaca Qara Balıq bizi yoldan çıxardıb.
Balaca Balıq:
“Qorxaqlar!” dedi. “Siz
elə xiyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmdilik edib sizi buraxacaq?”
Rizə balıqlar qorxuya
düşüb dedilər:
Heç, nə danşdığını da
bilmirsən. Indi görəsən ki, həzrəti ağayi Saqqa quşu bizi necə bağışlayacaq və
səni necə udacaq!
Saqqa quşu dilləndi:
Doğurdur, sizi
bağışlayram, ancaq bir şərtlə!
Şərtinizi
buyurun, qurban!
Azadlığınızı bu
boşboğaz balıqı öldürməklə əldə edə bilərsiniz.
Balaca Qara Balıq bir
qədər dalı çəkilib Rizə balıqlara:
“Innanmayın”, dedi, “bu
hiləgər bizi bir - birimizin canına salmaq istəyi, mənim başqa fikrim var!”
Rizə balıqlar
azadlığa çıxmaq istəyi ilə Balaca Qara Balığın dediklərinə qulaq asmadılar,
qalxıb onun üstünə düşdülər.
Balaca Balıq yavaş - yavaş
arxaya çəkilib:
“Qorxaqlar!” dedi, “Hər
halda girə düşmüsünüz, qaçmağa da yolunuz yoxdur. Mənə də ki, gügünüz çatmaz!
Biz azadlıqa çıxmaq
istəyirik, onun üçün də səni öldürməliyik!
Ağlınızı başınıza
yığın! Məni öldürsəniz də qaçmaq üçün yol tapa bilmiyəcəksiniz. Hiləgər quşa
inanmayın!
Sən əsla bizim
fikrimizi çəkmirsən, bu sözləri öz canını qurtarmaq ücün deyirsən!
Elə isə qulaq asın,
sizə nəcat yolu göstərim. Mən özümü ölülüyə vurub ölü balıqların içərisində
gizlənəcəyəm. Görək Saqqa quşu sizi azad edəcəkdirmi?! Əgər sözümə qulaq
asmasanız bu xəncərlə hamınızı qıraraq, quşun da kissəsini parçalayıb çıxaram.
Siz isə ... .
Rizə balıqlardan biri
onun sözün kəsib:
“Daha bəsdir!” dedi,
“mən bu sözlərə inanmaq istəmirəm.”
O, bu sözləri deyə -
deyə ağlamağa başladı.
Balaca Qara Balıq
onun ağladığını görüb dedi:
Bu anasının naz - naz
balasını niyə yanınıza salıb gətiribsiniz?
O, xəncərini çıxarıb
balıqların üstünə cumdu.
Rizə balıqlar çarəsiz
qalıb Balaca Qara Balığın təklifini qəbul etdilər.
Yalandan bir - birləri
ilə dalaşmağa başladılar.
Balaca Qara Balıq
özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar:
“Həzrəti ağayi Saqqa
quşu”, dedilər, “füzül Qara Balığı öldürdük.”
Quş güldü:
“Çox yaxşı iş
gördünüz”, dedi, “bunun əvəzinə sizin hamınızı diri - diri udacağam, qarnımda
istədiyiniz qədər gəzərsiniz.
Rizə balıqlar macal
tapmamış bir andaca Saqqa quşu onları uddu.
Qara Balıq istə cəld
xəncərini çəkib mökəm zərbə ilə quşun kisəsini yırtıdı və deşikdən çıxıb qaçdı.

Saqqa quşu aldığı
zərbənin ağrısından fəryad qopardı, başını suya salıb Balaca Qara Balığı
yenidən tutmaq istədi.
Lakin gücü çatmadı.
Balaca Qara Balıq getdi, getdi, getdi.
Günorta
idi.
Artıg nə dağ
görünürdü, nə dərə.
Çay axıb gebiş
düzənikdən keçirdi.
Çayın sağ - solundan
tökülən kiçik çaylar onun suyunu qat - qat artırıdı.
Balaca Qara Balıq suyun
çoxluğundan ləzət alırdı.
Birdən ayılıb gördü
ki, suyun dibi görünmür.
O yan - bu yana baş
vurdu, heç yana çıxa bilmədi.
Az qala qərq olmuşdu,
ürəyi istədiyi qədər üzəndən sonra da əli bir yana çatmadı.
Birdən gördü ki,
burnunda mirvari dişləri olan uzun bir heyvan ildırım sür’ət ilə ona hücum
edir.

Balaca Qara Balıq
hiss etdi ki, heyvan o satt onu parça - parça edəcəkdir.
Çapalayıb tez suyun
üzərinə qalxdı.
Bir mütdətdən sonra
suyun altına endi.
Yolun yarısında bir
balıq dəstəsinə rast gəldi, minlərcə, on minlərcə balıq!

Onlardan birini saxlayıb
soruşdu:
Qardaş, qəribəm, uzaq
- uzaq yerlərdən gəlirəm. Deyin görüm bura haradır?
Balıq, arxadaşlarını səsləyərək dedi:
Baxınız, birisi daha
gəlmiş. … .
Sonra dönüb Balaca Qara Balığa dedi:
Qardaş bizim dəryaya xoş gəlibsən!
Balıqlardan biri dedi:
Bütün çaylar və
arxlar bura tökülür. Ancaq bəziləri də bataqlıqlara hopur.
Digəri dedi:
Nə zaman istəsən bizim dəstəmizə qatıla
bilərsən.
Balaca Qara Balıq kı hədəfinə, dənizə çatdığı üçün sevinirdi dedi:
İzn versəniz çıxıb
bir az tək başıma dənizi seyr
edim, sonra gəlib sizə qatılaram. İstəyirəm bu dəfə balıqçıların torunu
dartıb dənizin
dibinə çəkdiyinizdə mən də aralarınızda olum.
Başqa bir balıq isə “Tezliklə
öz istəyinə çatarsan. Indi get bir az gəz. Suyun üzünə çıxmaq istəsən Balıqudandan
ehtiyatlı ol. Bu günlər o heç kəsdən qorxmur. Hər gün dörd - beş balıq
ovlanmasa yaxamızdan əl çəkmir”, dedi.
Balaca Balıq dəniz
balıqlarının dəstəsindən aralanıb təklikdə üzməyə başladı.
Az sonra dəryanın
üstünə çıxdı.
Indi o, qızmar
günəşin yandırıcı hərarətini öz kürəyində hiss edir, bundan ləzzət alırdı.
Aramla üzür, öz - özünə
deyirdi:
Bu saat ölüm çox
asanlıqla mənim sorağıma gələ bilər. Yaşamağa qadir olduğum halda onu özümə
yaxın buraxmamalıyam.
Balaca Qara Balıq
fikir və düşüncələrini sona çatdıra bilmədi.
Balıqudan gəldi, onu
götürüb apardı.

Balaca Balıq
Balıqudanın uzun dimdikləri arasında çapalasa da özünü xilas edə bilmədi.
Balıqudan dimdiyi ilə
onun belini elə bərk sıxırdı ki, az qala canı çıxacaqdı.
Digər tərəfdən də
Balaca Qara Balıq sudan qıraqda nə qədər sağ qala bilərdi?
Ölümün qabağını almaq
üçün lap Balıqudanın qarnına getməyə razı idi, axı, orada ki, nəmişlikdən istifadə
edə bilərdi.
Buna görə Balıqudana
dedi:
Nə ücün məni sağ - sağ
udmursan? Mən o, balıqlardanam ki, öləndən sonra bütün bədənim zəhərə dönər.
Balıqudan heç nə
deməyib fikrə getdi:
Ay hoqqabaz,
istəyirsən məni dilləndirib aradan çıxasan?
Sahil getdikcə
yaxınlaşırdır.
Balaca Qara Balıq:
“Quruya çatsaq daha
iş bitdi” deyə düşündü və nəhayət Balıqudana dedi:
Bilirəm məni
balaların üçün aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, bədənim zəhər
kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?!
Balıqudan bir anlıq
fikrə getdi:
Ehtiyat yaxşı şeydir.
Hər ehtimala qarşı onu özüm yerim, balalarım üçün isə başqa balıq tutum ... .
Birdən bu, bir kələk işlədər ... . Yox, canım, heç bir kələk işlədə bilməz.
Sora gördü ki, Qara
Balıq sustalıb candan düşür.
Öz - özünə dedi:
Deyəsən öldü, artıq
onu özüm də yeyə bilmərəm.
Zərif və yumuşaq
balığı yeməkdən ehtiyat elədi.
Ancaq yenə Qara
Balığı səsləyib ölüb - ölmədiyini müəyyən etmək istədi.
Düşündü ki,
yarımcandırsa yesin, ölübsə ... .
Dimdiklərini aralayan
kimi Qara Balıq onun ağzından xilas oldu.
Balıqudan aldandığını
görüb, Balaca Qara Balığı tə’qib etdi.
Balaca Qara Balıq
havada ildırım kimi şığıyıb aşağı düşür, ağzını açıb dənizin rütübətli havasını
udurdu.

Nəhayət suya düşdü.
Köksünə yeni nəfəs
doldu.
Balıqudan da ildırım
sür’əti ilə şığıyıb arxasınca suya baş vurdu, aman verməyib yenə də Balığı
uddu.
Balaca Qara Balıq bir
xeyli vaxt başına nə gəldiyini hiss etmədi.
Bircə onu hiss etdi
ki, hər yer qaranlıq və rütübətlidir, çıxış yolu isə yoxdur.
Elə ki, gözləri
qaranlığa alışdı, ağlayıb anasını istəyən bir Rizə balıq gördü.

Yaxınlaşıb ona
nəsihət verdi:
Qalx ayağa, ay balaca
! Başına çarə qılmaq haqqında fikirləş, ağlamaqdan, ananı çağırmaqdan bir şey
çıxmaz.
Rizə balıq soruşdu:
Sən kimsən? Məgər
görmürsən get - gedə məhv olaram? Ana ... . Ay ana, hardasan,
imdadıma çat! Daha mən səni görə bilmiyəcəyəm, ana!
Balaca Qara Balıq:
“Daha bəsdir, canım”,
dedi, “sən bütün balıqları rüsvay elədin.”
Rizə balıq ağlamağına
ara verən kimi Balaca Qara Balıq dedi:
Mən balıqudanı
öldürüb bütün balıqları azad etmək fikrindəyəm. Səni onun qarnından xilas
edəndən sonra bunu həyata keçirmək istəyirəm.
Sən özün ölümlə
əlbəyaxasan. Balıqudanı necə öldürə bilərsən?
Balaca Qara Balıq
xəncərini göstərib dedi:
Bunla onun qarnını
cıracağm. Hələlik mənə qulaq as, gör nə deyirəm. Mən balıqudanın qarnında o
tərəf - bu tərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu zaman o məni
məsxəriyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki, dimdiklərini açıb
gülməyə başladı, cəls özünü bayıra at.
Bəs sən?
Mənim fikrimi çəkmə.
Bu bədcinsi öldürməmiş bayıra çıxası deyiləm.
Balaca qara Balıq bu
sözləri deyib Balıqudanın qarnında o tərəf - bu tərəfə var - gəl etməyə
başladı.
Rizə balıq isə onun
ağzından bayıra atıldı və suya düşdü.

Çox gözlədi,
xilaskarından xəbər çıxmadı.
Birdən gördü ki,
Balıqudan havada mayallaq vurub fəryad qoparır.
Nəhayət, o
müvazinətini itirib şappıltı ilə suya düşdü, yenə bir qədər çapalayandan sonra
taqətdən düşdü.

Lakin Balaca Qara
Balıqdan yenə də xəbər çıxmadı və indiyə qədər də bir səs - soraq yoxdu.”
Burada Qoca Balıq
nağılını bitirdi, üzünü on iki min nəvə və nəticəsinə tutub dedi:
Daha yatmaq vaxtıdır,
balalarım, gedin yatın!
Nəvə - nəticələri
ondan soruşdular:
Nənəcan, axı sən
Balaca Qara Balığın başına sonra nələr gəldiyinı demədin?
Qoca Balıq dedi:
O da sabahkı gecəyə
qalsın, balalarım. Artıq yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın!
On bir min doqquz yüz
doxsan doqquz bala Balıq bir ağızdan “Gecəniz xeyrə qalsın!” dedi və yatmağa
getdi.
Nənəni də yuxu
apardı.
Balaca Qızıl Balıq
isə nə qədər çalışdısa yata bilmədi.

Sübhədək dərya barədə
fikirləşdi … .
